Insani tanimaq
Alimovla
4.0 Varies with device
ÖN SÖZ

Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur.
Şəhid Mürtəza Mütəhhərinin əsərlərini oxuyub başa düşmək, onun düşüncə və təfəkkür zirvəsini fəth etmək həddindən artıq çətin, amma eyni zamanda mühüm və zəruridir. Bəli, ustadın islam maarifi və ilahiyyat elmləri sahəsində yazıb-yaratdığı əsərləri oxuyub başa düşmək çətin olduğu qədər şirin və cazibəlidir. Əsrimizin böyük korifeylərindən sayılan ustad Mütəhhəri bir çox elmlərin yüksək səviyyəli mütəxəssisi olmuş, o cümlədən islam fəlsəfəsi, fiqh və üsul, sosialogiya, psixologiya, tarix, təfsir, kəlam və başqa sahələr üzrə böyük nailiyyətlər əldə etmişdir. Ustad Mütəhhəri fəlsəfə elmində Molla Sədra məktəbinin yetirmələrindən və onun sadiq davamçılarından sayılır. O, fiqh elmini böyük alim Ayətullah imam Xomeyninin vasitəsi ilə kəsb etmiş və bu sahədə də yüksək müvəffəqiyyət əldə edərək ictihad dərəcəsinə nail olmuşdur. Təfsir elmini isə dünya şöhrətli filosof və müfəssir, «Əl-mizan» kitabının müəllifi, təbrizli ustad Əllamə Təbatəbaidən dərs almışdır. Qeyd etdiyimiz kimi, bu böyük ustad bütün islam elmləri üzrə dərin araşdırmalar aparmış və çox qiymətli kitablar yazmışdır, amma onun öz e᾽tiraflarına əsasən, daha çox maraq göstərdiyi sahə «islam kəlamı», özü də müasir islam kəlamı (sxolastika) olmuşdur. Ustad bu sahədə bir ömür çalışmış, özünəməxsus üslubla çox dərin və qiymətli tədqiqatlar apararaq dəyərli əsərlər yaratmışdır.

Content rating: Everyone

Requires OS: 2.1 and up

...more ...less