Nece Hidayet oldum
Alimovla
4.0 Varies with device
Әlinizdәki bu әsәr bir tәvazökar çalışmadan ibarәtdir. Bu әsәr bir sәyahәtnamә sayıla bilәcәyi kimi mәnim yeni bir kәşfimin hekayәsidir. Әlbәttә bu kәşf texniki kәşflәr
növündәn deyil, dini anlayışlar vә mәzhәbi mәktәblәrlә әlaqәdardır. Yә’ni inam alәminә aid bir kәşfdir. Hәr bir kәşfin insanı başqa mәxluqlardan fәrqlәndirәn ağlın vә
istiqamәtli düşüncәnin mәhsulu olduğunu nәzәrә alaraq, kitabımı batilin qaranlıq buludları arasında sağlam düşüncә ilә haqqı batildәn ayıran vә sözlәri әdalәt
tәrәzisindә çәkib ağlabatan gözünü üstünT tutan vә danışıqlarda irәli sürülәn görüşlәri (qәbul vә rәdd etmәdәn qabaq) bir-biri ilә qarşılaşdıran vә sözlәrin bәzәklisinә yox,
mәntiqlisinә tabe olan fәrdlәrә ithaf edirәm. Necә ki, Allah-Tәala buyurmuşdur:
“. . . O qullarıma muştuluq ver ki, sözü dinlәyib әn yaxşısına tabe olarlar. Onlar Allahın doğru yola gәtirdiyi kimsәlәrdirlәr vә onlar ağıl sahibidirlәr”. (Zumәr surәsi,
17-18-ci ayәlәr)

Kitabımı belә olan şәxslәrә ithaf edir vә Allahdan gözlәrimizi açmasını, bizi doğru yola gәtirmәsini, qәlblәrimizi aydınlaşdırıb bizә haqqı pak vә olduğu kimi göstәrәrәk
ona tabe olmağımızı rahatlaşdırmasını, batili bütün içiboşluğu vә fәsadı ilә bizә tanıtmasını vә belәliklә ondan uzaq durmağımızı tә’min etmәsini vә bizlәri saleh
qullarının sırasına daxil etmәsini dilәyirәm. O, şübhәsiz eşidәn vә qәbul edәndir.

Məhəmməd Ticani Səmavi

Content rating: Everyone

Requires OS: 2.1 and up

...more ...less