NETTRENDS xidməti Azərbaycanın internet məkanında mövcud olan əksər xəbər resurslarını monitorinq edir. Müştərinin istəyinə uyğun olaraq gündəlik məlumatları və xəbərləri çeşidlənmiş şəkildə təqdim edir.

Xidmətin əsas özəlliyi onun müştərinin istəyinə uyğun olaraq tənzimlənməsidir. Sifarişçi onu maraqlandıran “açar” sözləri səhifəsindəki müştəri interfeysi vasitəsilə dail edir, həmin sözlər əsasında internetdəkı xəbər portallarında (yaxın gələcəkdə bloqlarda, forumlarda və sosial şəbəkələrdə, facebook və twitterdə) axtarış təşkil olunur. Əldə olunan məlumatlar, yazılar, qeydlər günün müxtəlif vaxtlarında e-mail ilə sifarişçiyə təqdim edilir. “Açar” sözlərin sayından və xidmətin genişliyindən asılı olaraq sifarişçiyə 3 paketdən birini seçmək təklif olunur.

Xidmətdən istifadə edən sifarişçi aldığı məlumatlar əsasında özü və ya maraqlandığı mövzular haqqında yazılı mətbuatda, informasiya saytlarında, forum və bloqlarda gedən yazılardan xəbərdar olacaq, bununla əlaqədar tədbir görmək üçün lazımi anı müəyyənləşdirə biləcək. Seçilən paketdən asılı olaraq sifarişçi xəbər daycestini müxtəlif sayda e-mail ünvanlarında ala biləcək və monitorinq üçün digər mənbələri təklif etmək imkanı olacaq. Bütün bunların əsasında müştəri özünün imicini (və ya maraq dairəsində olan digər mövzular barədə məlumatları), gələcək fəaliyyət istiqamətlərini, proqnozlarını, marketinq və ünsiyyət siyasətini daha düzgün müəyyənləşdirə biləcək.

Content rating: Medium Maturity

Requires OS: 2.2 and up

...more ...less